Diaqnostik qiymətləndirmədən keçməyən tərbiyəçi-müəllimlər işdən çıxarılacaq? - AÇIQLAMA
"Bu gün və sabah ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün həyata keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi sertifikatlaşdırmaya hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyən etməkdir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, burada heç bir inzibati tədbirdən söhbət getmir.
"Dünən diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib. Simulyasiya müxtəlif şəhər və rayonlar üzrə 28 mərkəzdə keçirilib".


