Dilqəm Tağıyev: "Problem odur ki, özəl sektor elmi işlə maraqlanmır"

11 Fevral, 2025 - 16:01
Dilqəm Tağıyev: "Problem odur ki, özəl sektor elmi işlə maraqlanmır"
Dilqəm Tağıyev: "Problem odur ki, özəl sektor elmi işlə maraqlanmır"

"Bizdə özəl sektor elmi işlə maraqlanmır. Halbuki ümumi daxili məhsulun 80 faizi özəl sektorun payına düşür".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində akademik Dilqəm Tağıyev deyib.

O bildirib ki, özəl sektoru maraqlandıran odur ki, gəlir gətirən iş olsun. Ancaq gəlir birdən-birə olmur axı...

"Yəni nə elmi ideya, nə laboratoriya təcrübəsi birbaşa, avtomatik olaraq bazara bağlanmır, 7-9 mərhələ keçmək lazımdır. İndi tələb olunur ki, alim həm laborator işi aparmalıdır, həm bu 7-9 mərhələni keçməlidir, həm də məhsulu bazara çıxartmalıdır. Ancaq o zaman sifariş olacaq. Əlbəttə, bu çətindir. Aralıq körpülər ki var, bax, o körpüləri gücləndirmək lazımdır.

Cənubi Koreyanın “Samsung” şirkətinə ayrılan maliyyə vəsaiti bütün müsəlman ölkələrində elmə ayrılan vəsaitdən çoxdur. Təsəvvür edirsiniz, bütün müsəlman ölkələri və bir şirkətə ayrılan vəsait. Ona görə də, əlbəttə, “Samsung”da irəliləyiş də çox olacaq".