DİN-dən məktəblilərlə bağlı yayılan iddialara REAKSİYA

2 Oktyabr, 2026 - 14:11
DİN-dən məktəblilərlə bağlı yayılan iddialara

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

"Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar"- məlumatda bildirilib.