Diplom alan gənclərin əyalətlərdə çalışma şərtlərini daha cazibədar etməliyik – Deputat
Gənclərin əyalətlərdə çalışması üçün şərtləri daha cazibədar etməliyik.
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, rayon və kəndlərdə təhsilə diqqəti artırmalıyıq, sosial dəstəyi gücləndirməliyik: “Diplom alan gənclərə əyalətlərdə çalışmaq üçün şərtləri daha cazibədar etməliyik. Bu mənada Prezident İlham Əliyevin peşə təhsili ilə bağlı atdığı mütərəqqi addımlar yüksək dəyərləndirilməlidir. Bu gün gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasətin nəticəsidir ki, Azərbaycan qadını dövlət idarəçiliyində, parlamentdə, təhsildə, səhiyyədə, elmdə, sahibkarlıqda və ictimai həyatın bütün sahələrində fəal iştirak edir, dövlətimizin inkişafına mühüm töhfələr verir”.



