Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 Yanvar, 2025 - 15:18
Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı
Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

Yanvarın 18-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. 

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, esse mərhələsi barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu mərhələdə 694 namizədin iştirakı nəzərdə tutulur.