Doktoranturada yenilik: SABAH proqramı tətbiq ediləcək
“İlk dəfə olaraq doktorantura səviyyəsində SABAH proqramının tətbiqi nəzərdə tutulub. SABAH proqramının doktorantura səviyyəsində 7 elm sahəsi üzrə 4 ali təhsil müəssisəsində tətbiqi planlaşdırılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman söyləyib.
Şöbə müdiri qeyd edib ki, SABAH proqramının doktorantura səviyyəsində tətbiqində bir neçə xüsusi göstərici mövcuddur: “İlk dəfə olaraq, beynəlxalq təcrübəyə əsaslanaraq, ali təhsil müəssisələrində SABAH proqramına qəbul doktorantura səviyyəsində yalnız tədris əsaslı aparılacaq.
Ümumilikdə tədris müddəti 4 il nəzərdə tutulub. Onun ilk 2 ili yalnız tədris əsaslı, kredit sistemi ilə aparılması nəzərdə tutulur. Növbəti 2, yaxud 3 ildə isə doktorantlar birbaşa olaraq tədqiqata cəlb olunacaqlar”.



