Doktoranturaya qəbul 300-ə yaxın ixtisas üzrə aparılacaq - ETN

26 May, 2026 - 10:26
Doktoranturaya qəbul 300-ə yaxın ixtisas üzrə aparılacaq

“Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli Sərəncamı ilə 2026-cı il üçün Azərbaycanın ali təhsil, elm müəssisələrinə və təşkilatlarında doktorantura hazırlığı üzrə qəbul planı təsdiq edilib.

Təsdiq edilmiş qəbul planında 90 ali təhsil müəssisəsi üzrə təxminən 300-ə yaxın ixtisas yer alır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman söyləyib.

Şöbə müdiri qeyd edib ki, qəbul planında 1388 yer nəzərdə tutulub. Onlardan təxminən 65%-i ali təhsil, 35%-i isə elm müəssisələrinin payına düşür.