Dövlət dəstəyi alan özəl bağça təhsil haqqını artıra bilməyəcək

5 Avqust, 2026 - 10:43
Dövlət dəstəyi alan özəl bağça təhsil haqqını artıra bilməyəcək

Dövlət dəstəyi alan özəl məktəbəqədər təhsil müəssisələri müqavilə müddətində təhsil haqqını artıra bilməyəcəklər.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu"nda öz əksini tapıb.

Sənədə əsasən, maliyyələşdirmə müqaviləsinin qüvvədə olduğu müddətdə müəssisə aylıq təhsil haqqını, o cümlədən dövlət dəstəyi hesabına maliyyələşdirilən hissəni artıra bilməz.

Qeyd olunub ki, təhsil haqqına endirim tətbiq edildikdə isə dövlət və valideyn payı mütənasib şəkildə yenidən hesablanacaq.