Dövlətin dəstəyini hər zaman hiss etmişəm – Dövlət Proqramı məzunu

2 Fevral, 2026 - 13:55
Dövlətin dəstəyini hər zaman hiss etmişəm

Azərbaycanda gənclərə göstərilən dövlət dəstəyi onlara xarici ölkələrin təcrübəsini öyrənmək və dünyagörüşlərini genişləndirmək üçün imkan yaradır. Ölkə rəhbərliyinin gənclərin təhsilinə diqqəti beynəlxalq proqramlarla açıq görünür. 

Mən “2007–2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyada sənaye dizaynı üzrə magistr təhsili almağım mənim üçün dəyərli təcrübə olub və dövlətin dəstəyini hər zaman hiss etmişəm. 

Dövlət Proqramı məzunu olaraq Qarabağda gedən quruculuq-bərpa işlərində, xaricdə qazandığım təcrübəyə əsaslanaraq, öz sahəmə uyğun olaraq şəhərin vizual kimliyi və qrafik sistemlərinin, ictimai məkanların dizaynı və yeni tikililərin vizual koordinasiyasının yaradılmasına töhfə vermək istərdim.

Xatirə Hüseynəliyeva, 
Azərbaycan Rəssamlıq Akademiyasının Dizayn kafedrasının baş müəllimi, Dövlət Proqramı məzunu