Alimlərin çətinliklə öyrəndiyi genlər üçün yeni model yaratdı
Dövlət Proqramı təqaüdçüsü Edqar Şahbazov alimlərin uzun illərdir, üzərində çalışdığı mühüm elmi problemlərdən birinin araşdırılması üçün yeni tədqiqat modeli hazırlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, genomdan tam çıxarılması canlı orqanizm üçün ölümcül nəticə doğuran genlərin və onların uyğun zülallarının funksiyalarını öyrənməyə imkan verən bu model gələcəkdə xərçəng, Altsheymer və Parkinson xəstəlikləri, xroniki depressiya, müxtəlif ağır psixi pozuntular və digər mürəkkəb neyrodegenerativ xəstəliklər üzrə fundamental tədqiqatlarda istifadə oluna bilər.
Mançester Universitetində "Molekulyar biologiya" ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Edqar bildirir ki, bu kimi tədqiqatların nəticələri yaxın gələcəkdə Azərbaycanın təkcə Qafqazda yox, dünyada lider biotexnologiya mərkəzinə çevrilməsinə bilavasitə kömək edəcək.
Uzun müddət bu təcrübənin uğurlu nəticəsini gözləyən təqaüdçümüz artıq universitet laboratoriyasında daha intensiv tədqiqatlara başladığını deyir.




