DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib

21 Noyabr, 2025 - 11:59
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib

İngiltərədə altsheymer xəstəliyi ilə bağlı klinik tədqiqat aparan DP təqaüdçüsü Aygün Bədəlovanın tədqiqat nəticələri ötən ay Kembric Universitetinin təşkil etdiyi "8-ci Kembric Neyroelmlər Simpoziumu – Müdaxilələr və Bərpa" simpoziumunda təqdim edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, A.Bədəlovanın təqdimatında altsheymer xəstələri üçün hazırladığı yeni neyroreabilitasiya üsulundan və 6 həftəlik terapiya proqramının yaddaşın bərpasında əldə etdiyi müsbət təsirlərdən bəhs edib.

Hazırda Aygün Bədəlova İngiltərədə Nevrologiya İnstitutunun Beyin Bərpa və Reabilitasiya şöbəsində altsheymer xəstəliyi üzrə doktorantura təhsilini davam etdirir.