EATDA ilə QS arasında növbəti görüş keçirilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyinin təsisçisi və prezidenti Nunzio Quacquarelli ilə görüş keçirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı elm və ali təhsil sahəsində QS agentliyi ilə əməkdaşlıq çərçivəsində görülən işlər nəzərdən keçirilib.
Eyni zamanda, bu istiqamətdə qlobal rəqabətqabiliyyətinin və beynəlxalq nüfuzun gücləndirilməsi məqsədilə planlaşdırılan layihələr, eləcə də növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.



