“Ədəbiyyat fənninin məzmununda yeniliklər” adlı vebinar keçiriləcək
25 oktyabr tarixində saat 15:30-da Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Ədəbiyyat fənninin məzmununda yeniliklər” adlı vebinar keçiriləcək.
Bu barədə institutdan “Azərbaycan müəllimi”nə məlumat verilib.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.


