"EduArena" Riyazi-məntiq üzrə çempionata start verir
"EduArena" platforması məktəblilər üçün Riyazi-məntiq üzrə respublika çempionatını elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, çempionat biliklərin rəqabət mühitində yoxlanıldığı, nəticələrin şəffaf və ədalətli şəkildə qiymətləndirildiyi liqa formatında keçiriləcək.
Çempionat formatı:
Çempionat fəsil sistemi əsasında təşkil olunur.
Bir Fəsil ərzində ümumilikdə 8 imtahan keçiriləcək:
5 ödənişli imtahan
3 pulsuz imtahan.
Hər imtahan ayrıca tur hesab olunur və bütün iştirakçılar ümumi reytinq cədvəlində yer alır. Qaliblər ilk növbədə topladıqları bala, bal bərabər olduqda isə imtahanı tamamlama vaxtına görə müəyyən edilir.
Kimlər iştirak edə bilər?
Çempionat 5, 6 və xüsusi istedadlı 4-cü sinif şagirdləri üçün nəzərdə tutulub.
İmtahanlar necə keçirilir?
İmtahanlar onlayn formatda EduArena platformasında təşkil olunur;
Suallar riyazi-məntiq və analitik düşünmə üzərində qurulub;
Nəticələr imtahandan dərhal sonra sistemdə əks olunur;
Şəffaf reytinq və nəticə izləmə imkanı təqdim edilir.
Qalibləri nə gözləyir?
Fəsilin sonunda yüksək nəticə göstərən iştirakçılar üçün:
Dəyərli hədiyyələr;
Medal və diplomlar;
Sertifikatlar;
Tərəfdaşlardan xüsusi endirimlər təqdim olunacaq.
Necə qeydiyyatdan keçmək olar?
Çempionatda iştirak etmək üçün: eduarena.az saytına daxil olun.
Qeydiyyatdan keçin və şəxsi kabinet yaradın.
Aktiv imtahanları seçərək iştirakınızı təsdiqləyin.
-
NərgizSalam 1ci merhelede 20 bal yigib Sonra davam ede bilmemisem olar 4 ve 5 merheleye yeniden qosulum. Eyer olarsa xahiş edirəm mənə link atasiz4 gün əvvəlCavablaLike (0) -
SəxavətSalam, imtahandan sonra suallara baxmaq üçün verilir?20 gün əvvəlCavablaLike (0) -
Mert Ergin AtimtayLinge daxil olmak qeydiyaydan keçmek iateyirem1 ay əvvəlCavablaLike (0) -
AylinSalam mən bu gün müəyyən səbəblərdən iştirak edə bilmədim . Olar imtahana qoşula bilərəm2 ay əvvəlCavablaLike (0)-
EduArenaSalam ikinci imtahanımıza qeydiyyat artıq açıqdır linkdən daxil olub imtahanı ala bilərsiz https://eduarena.az/exams1 ay əvvəlLike (0)
-
-
HüseynMən linkə daxil olmaq, qoşulmaq istəyirəm.2 ay əvvəlCavablaLike (0)-
EduArenaSalam ikinci imtahanımıza qeydiyyat artıq açıqdır linkdən daxil olub imtahanı ala bilərsiz https://eduarena.az/exams1 ay əvvəlLike (0)
-



