“Ehtiyac yaranarsa, yeni yataqxana binaları inşa oluna bilər” - Rektor 

7 Fevral, 2025 - 16:17
“Ehtiyac yaranarsa, yeni yataqxana binaları inşa oluna bilər” - Rektor 
“Ehtiyac yaranarsa, yeni yataqxana binaları inşa oluna bilər” - Rektor 

“Lənkəran Dövlət Universitetində müasir standartlara cavab verən 165 yerlik qızlar yataqxanası və 250 yerlik oğlanlar yataqxanası tələbələrimizin ixtiyarındadır. Gələcəkdə ehtiyac yaranacağı təqdirdə yeni yataqxana binaları inşa oluna bilər”.  

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov deyib.

Rektor yaxın vaxtlarda yeni dördmərtəbəli tədris binasının, baytarlıq klinikasının tikintisinə başlanılacağını da açıqlayıb:

 “1 saylı tədris korpusunun ərazisində yeni dördmərtəbəli tədris binasının, baytarlıq klinikasının tikintisinə yaxın vaxtlarda başlanılacaq. Paralel olaraq 3 saylı korpusun ərazisində yeni beşmərtəbəli tədris binası inşa olunacaq. Qeyd edim ki, yeni korpus və laboratoriyalar lazımi avadanlıqlarla təchiz ediləcək. Tələbələrə tədris prosesində praktik vərdişlərin aşılanması istiqamətində bütün imkanlardan istifadə etməyə çalışırıq”.