Ağırlıqqaldırmada ilk qızıl medalı Qazax idmançısı qazandı

21 İyun, 2026 - 17:13
Ağırlıqqaldırmada ilk qızıl medalı Qazax idmançısı qazandı

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübarizəsi başlayıb. İlk yarış günü çəkisi 44 kq-a qədər olan yeniyetmələr bacarığını nümayiş etdirib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu çəkidə qızıl medala Qazax idmançısı Elçin Muradov layiq görülüb. Elçin 110 kq (49 kq + 61 kq) nəticə ilə yarışı birinci pillədə tamamlayıb. 

Lənkəran təmsilçisi Məmmədəli Məmmədov iki hərəkətin cəmində göstərdiyi 94 kq (41 kq + 53 kq) nəticə ilə gümüş medal qazanıb. 

44 kq çəki dərəcəsində bürünc medalı Bakı idmançısı Abuzər Sultanov əldə edib. Sultanov toplamda 93 kq (43 kq + 50 kq) nəticəyə imza atıb. 

Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında 100-dən artıq atlet 3 gün ərzində qalib və mükafatçıların adlarına aydınlıq gətirəcəklər.