Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 Aprel, 2025 - 18:05
Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib
Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

“2016–2025-ci illər dövrünə nəzər salsaq, bu müddət ərzində universitetin professor-müəllim heyətinin orta yaş göstəricisinin əhəmiyyətli dərəcədə gəncləşdiyini görərik”.

Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib. 

O qeyd edib ki, beynəlmiləlləşmə siyasəti çərçivəsində bir sıra ixtisaslar üzrə rus və ingilis bölmələri açılıb, xaricdə təhsil almış, müasir təhsil yanaşmalarını mənimsəmiş gənc pedaqoqlar universitetə cəlb olunub.