Əli Abbasov: Süni intellekt elmi nəticələrin müəllifi olacaq

20 Fevral, 2025 - 16:44
Əli Abbasov: Süni intellekt elmi nəticələrin müəllifi olacaq
Əli Abbasov: Süni intellekt elmi nəticələrin müəllifi olacaq

“Gələcək 10 ildə süni intellekt bəzi Nobel mükafatlarının alınmasında müəyyən rol oynayacaq, hətta süni intellekt o nəticələrin müəllifi olacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İstitutunun baş direktoru, akademik Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında deyib.

O bildirib ki, elmi nəticələrin sənaye ilə əlaqələndirilməsi sahəsində süni intellektin tətbiqi yeni bir istiqamətdir: “Süni intellekt Azərbaycanda da inkişaf edir. Rəqəmsal resurslar 50-60% çoxalıb, süni intellektin buna da çox təsiri olacaq. Biz ondan istifadə edərək kibertəhlükəsizliyə qarşı mübarizə aparmaq istəyirik”. 

O vurğulayıb ki, 2023-cü ildə dünyada informasiya texnologiyası sənayesindən əldə olunan gəlirin məbləği 5.2 trilyon dollar olub: “Amma kibertəhlükəsizliyin vurduğu ziyan isə 8-10 trilyon dollar arasında olub. Burada iqtisadi ziyanları da görürük”.