Elm, təhsil və sənaye əməkdaşlığına dair akademik sessiya keçiriləcək
"ADEX 2026" beynəlxalq müdafiə sərgisi çərçivəsində növbəti mühüm tədbir keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, sentyabrın 30-u 16:00-da Bakı Ekspo Mərkəzində “Bilikdən texnoloji üstünlüyə: elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya təşkil olunacaq.
Sessiyada ölkənin və regionun aparıcı universitetlərinin rəhbərləri, həmçinin sahə ekspertləri bir araya gələcəklər.
Tədbir çərçivəsində elm, təhsil və sənaye sahələri arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, nəzəri biliklərin real texnoloji üstünlüyə çevrilməsi mexanizmləri və bu istiqamətdə tətbiq edilən innovativ yanaşmalar ətrafında geniş müzakirələr aparılacaq.
Saat 17:30-dək davam edəcək sessiyaya qatılmaq istəyən şəxslər üçün qeydiyyat prosesi artıq başladılıb.




