Nurcan Baxşıyeva: “SABAH.city”nin genişləndirilməsi planlaşdırılır

6 Noyabr, 2026 - 16:25
Nurcan Baxşıyeva: “SABAH.city”nin genişləndirilməsi planlaşdırılır

“SABAH.city”nin əsas məqsədi universitetləri və şirkətləri bir araya gətirməkdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “SABAH.city” innovasiya şəhərciyinin icraçı direktorunun müavini Nurcan Baxşıyeva deyib.

Onun sözlərinə görə, şəhərciyin əsas məqsədi ali təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlığı gücləndirmək, tələbələrin innovasiya və sahibkarlıq mühitinə daha yaxından inteqrasiyasına şərait yaratmaqdır.

N.Baxşıyeva bildirib ki, şəhərciyin ümumi ərazisi 20 hektardan ibarətdir:

“Hazırda ərazinin 5 hektarında fəaliyyət göstərilir və gələcəkdə şəhərciyin mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Burada üç universitet fəaliyyət göstərir”.

İcraçı direktorun müavini qeyd edib ki, “SABAH.city”yə gələn tələbələrin rahatlığının təmin edilməsi də diqqətdə saxlanılır:

“Bu məqsədlə tələbələr üçün nəqliyyat vasitəsi ayrılıb. Həmçinin tələbələrin gediş-gəlişini asanlaşdırmaq üçün bir sıra layihələr də nəzərdə tutulur”.