Elm və təhsil naziri Albaniyanın səfiri ilə görüşüb
Dekabrın 2-də elm və təhsil naziri Emin Əmrullayev Albaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı tərəflər elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf imkanlarına dair müzakirələr aparıb.



