Elm və təhsil naziri Kral Səud Universitetini ziyarət edib
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Kral Səud Universitetini ziyarət edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində universitetin rektoru Ali Masmali ilə görüş keçirilib, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.



