Elm və təhsil naziri Şuşada vətəndaşları qəbul edib
Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhərində vətəndaş qəbulu keçirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar iş yerinin dəyişdirilməsi, işə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.



