Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi mayın 8-də Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.



