Əmək şəraiti nə deməkdir?
Əmək şəraiti işçinin əmək fəaliyyətini həyata keçirdiyi mühit və bu mühitdə mövcud olan təşkilati, texniki və sosial amillərin məcmusudur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məlumatında qeyd edilir ki, iş rejimi, iş yerinin təşkili, istifadə olunan avadanlıqlar və ümumi əmək mühiti əmək şəraitinin əsas tərkib hissələridir.
Əmək şəraitinin düzgün qurulması əmək fəaliyyətinin planlı, fasiləsiz və səmərəli təşkilinə imkan yaradır. Bu yanaşma iş prosesində ardıcıllığın qorunmasına və ümumi iş mühitinin sağlam saxlanılmasına xidmət edir.
Əmək şəraiti ilə bağlı məsələlər normativ sənədlər və kollektiv sazişlər əsasında tənzimlənir və bu sahədə məlumatlandırma mühüm əhəmiyyət daşıyır.
Təhsil sahəsində çalışan və ittifaq üzvü olan hər bir təhsil işçisinin normal və təhlükəsiz iş şəraitində işləməsinə şərait yaradılması,eyni zamanda bu məsələyə nəzarət edilməsi ETİHİ-nin fəaliyyət istiqamətlərində mühüm yer tutur.



