Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb

25 Noyabr, 2025 - 10:01
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb

Özbəkistanın Daşkənd şəhərində “QS Avrasiya Forumu 2025” çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Ezozxon Karimova ilə görüşüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub. 

Tərəflər təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin məktəbəqədər və ümumi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.