Ən çox bu universitetlərin tələbələri təhsil krediti alır - Siyahı

20 Dekabr, 2024 - 17:56
Ən çox bu universitetlərin tələbələri təhsil krediti alır - Siyahı
Ən çox bu universitetlərin tələbələri təhsil krediti alır - Siyahı

Üç il ərzində ən çox təhsil kreditinin rəsmiləşdirildiyi universitetlerin adları açıqlanıb.

*Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün  təşkil edilmiş brifinqdə deyib ki, onluq siyahıya Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali məktəblər də daxildir. Siyahıda Azərbaycan Dövlət İqtisad, Gəncə Dövlət, Azərbaycan Texniki, Bakı Dövlət, Kooperasiya, Lənkəran Dövlət, Bakı Biznes, Azərbaycan Dövlət Pedaqoji,  Mingəçevir Dövlət və Odlar Yurdu universitetləri yer alıb.