Ən çox hansı ixtisas üzrə oxuyanların kvalifikasiyası tanınmayıb?
2019–2024-cü illərdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması zamanı ən çox müəllimlik, hüquqşünaslıq və mühəndislik ixtisasları üzrə təhsil alanların müraciətlərinə mənfi cavab verilib.
TKTA-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu dövrdə Türkiyə ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin sayı təxminən 45 000 nəfər, tanınma üçün TKTA-ya daxil olmuş müraciətlərin sayı isə 5327 olub.
23.06.2025-ci il tarixində keçirilən peşə tanınması imtahanı verən 28 nəfərin 11-nin nəticəsi uğursuz olub. Bu da ümumi müraciətçilərin təxminən 40%-i deməkdir.
İmtina qərarlarının əsas səbəbləri:
“Açık öğretim” təhsil forması;
Ekvivalentliyi olmayan ixtisaslar;
Normativ təhsil müddətindən az təhsil;
Qeyd olunur ki, bu faktorlar müraciətlərin uğursuz olmasının əsas göstəriciləridir.



