Ən çox hansı universitetin məzunu Dövlət Proqramının qalibidir? – Statistika
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qaliblərinin məzun olduqları ali təhsil müəssisələri üzrə ilk onluq açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, açıqlanan statistikaya əsasən, siyahıya 51 məzunla Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) liderlik edir. İkinci və üçüncü yeri 45 məzunla ADA Universiteti və Bakı Dövlət Universiteti bölüşür.
İlk beşlikdə növbəti pillələrdə 41 məzunla Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), 40 məzunla isə Bakı Ali Neft Məktəbi qərarlaşıb.
Reytinqin davamında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Mühəndislik Universiteti hərəyə 22 məzunla yer alır. Azərbaycan Dillər Universitetindən 12, Milli Aviasiya Akademiyası və Xəzər Universitetindən isə hər birinin 10 məzunu Dövlət Proqramının qalibi olub.




