Ən çox icma əsaslı məktəbəqədər qrup hansı bölgədə olub?

22 İyul, 2026 - 15:11
Ən çox icma əsaslı məktəbəqədər qrup hansı bölgədə olub?

Statistik göstəricilər göstərir ki, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində  qrup sayı üzrə ən yüksək göstərici Lənkəran-Astara Regional Təhsil İdarəsində qeydə alınıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin hesabatında öz əksini tapıb. 

Hesabata görə, adıçəkilən regionda 193 qrup fəaliyyət göstərib və həmin qruplarda 2 715 uşaq təhsil alıb.

Uşaq sayı üzrə isə ən yüksək göstərici Şirvan-Salyan regionu üzrə olub. Burada fəaliyyət göstərən 184 qrupda 2 879 uşaq məktəbəqədər təhsil xidmətləri ilə əhatə edilib. Bununla yanaşı, Mərkəzi-Aran regiou üzrə 160 qrupda 2 284 uşaq, Quba-Xaçmaz regionu üzrə isə 135 qrupda 2 222 uşaq layihədən faydalanıb.