Əsas məqsəd yüksək akademik göstəriciləri olanların DP-dən faydalanmasıdır - Qədir Xəlilov
“Əsas məqsədimiz yüksək akademik göstəricilərə malik olan gənclərin bu proqramdan faydalanmasıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na sənəd qəbulu ilə bağlı jurnalistlərə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.
O qeyd edib ki, yüksək göstəriciləri olan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Hər iki mərhələdən müvəffəqiyyətlə keçənlərin göstəriciləri eyni olarsa, o zaman onların ümumi kriteriyalar üzrə göstəriciləri dəyərləndirilir və yüksəkdən aşağıya doğru sıralama aparılır. Ötən illərdə yüksək bal toplayan bəzi gənclərin DP-yə qəbul olmaması buna görə baş verib. Bu proqramın qaydalarında xüsusi göstərişlər mövcuddur”,- deyə o vurğulayıb.



