Eşqi Bağırov: Məktəbəqədər təhsilə cəlb olunanların sayı arzu etdiyimiz səviyyədə deyil

20 Dekabr, 2024 - 11:25
Eşqi Bağırov: Məktəbəqədər təhsilə cəlb olunanların sayı arzu etdiyimiz səviyyədə deyil
Eşqi Bağırov: Məktəbəqədər təhsilə cəlb olunanların sayı arzu etdiyimiz səviyyədə deyil

"Məktəbəqədər təhsil deyəndə biz, ilk növbədə, bu təhsil səviyyəsinin ölkə üzrə əhatəliliyindən danışmalıyıq".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib.

O bildirib ki, məktəbəqədər yaşlı uşaqların yalnız 35 faizə yaxını bu təhsil xidməti ilə əhatə olunub.

“Son illərdə əhatəlilikdə xeyli irəliləyişlər olsa da, arzulanan səviyyədən uzağıq. Hazırda alternativ modellər üzərində işləyirik. Hədəfimiz 2026-cı ilə qədər bu rəqəmi 50%-ə çatdırmaqdır”.