ETİHİ Respublika Komitəsi regional görüşləri yekunlaşdırıb

27 Dekabr, 2025 - 19:16
ETİHİ Respublika Komitəsi regional görüşləri yekunlaşdırıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə bölgələr üzrə keçirilən silsilə regional görüşləri yekunlaşdırıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, son regional görüş Lənkəran–Astara regionu üzrə Masallı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayon komitələrinin nəzdində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər. Görüşdə 6 rayon komitəsinin sədri və ümumilikdə 600 nəfər ilk təşkilat sədri təmsil olunub.

Görüşdə ETİHİ Respublika Komitəsindən sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin məsul əməkdaşları iştirak ediblər. Çıxışlarda AHİK-in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi, həmkarlar ittifaqlarının təhsil müəssisələrində rolu, ilk təşkilatlarla birbaşa əlaqələrin gücləndirilməsi və sistemli dəstək mexanizmlərindən söz açılıb. 

Tədbir zamanı sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər təqdim edilib, ilk təşkilat sədrləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi hazırda 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 147 üzv təşkilatını əhatə edir.