ETİHİ Respublika Komitəsi sosial layihəyə start verib 

16 Fevral, 2026 - 15:03
ETİHİ Respublika Komitəsi sosial layihəyə start verib 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayından sosial layihəyə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məlumatında qeyd edilir ki, layihənin əsas məqsədi ittifaq üzvlərinin sağlamlığının qorunması, asudə vaxtlarının daha səmərəli təşkil edilməsidir.

Bu məqsədlə bölgələrdə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri üçün üçgünlük istirahət proqramı təşkil olunub.
Hazırda Zaqatala, Balakən və Qax rayon komitələrini təmsil edən 50-yə  yaxın ilk həmkarlar ittifaqı təşkilat sədri ailə üzvləri ilə birlikdə “Günəşli” Sağlamlıq Mərkəzində və “Abşeron” sanatoriyasında istirahət edir.

Layihə çərçivəsində qərb bölgəsindən gələn ilk təşkilat sədrləri ilə görüş keçirilib. Görüşdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və məsul əməkdaşlar iştirak ediblər. Tədbirdə geniş fikir mübadiləsi aparılıb, təşkilat sədrlərinin rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, indiyədək ümumilikdə 253 nəfər ilk həmkarlar ittifaqı təşkilat sədri bu cür istirahət imkanlarından yararlanıb.