Firudin Qurbanov: Güclü nəzəri hazırlığa xüsusi diqqət yetirilməlidir 

3 İyul, 2026 - 13:32
Firudin Qurbanov: Güclü nəzəri hazırlığa xüsusi diqqət yetirilməlidir 

Universitetlər beynəlxalq rəqabət qabiliyyətini artırmaq istəyirsə, bacarıqlarla yanaşı, güclü nəzəri hazırlığın formalaşdırılmasına da xüsusi diqqət yetirməlidir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əgər ali təhsil müəssisələri dünyanın aparıcı universitetləri sırasında yer almasını istəyirsə, təhsil proqramları daim yenilənməli, ixtisaslar əmək bazarının tələblərinə uyğun korrektə olunmalıdır. Yeni iqtisadiyyat, rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyat istiqamətləri ali təhsildə daha geniş yer tutmalıdır.