Nazir: Uğurlu nəticələri olanlar tamştatlı və saathesabı işləyən müəllim kimi çalışacaqlar

30 İyun, 2026 - 10:45
Nazir: Uğurlu nəticələri olanlar tamştatlı və saathesabı işləyən müəllim kimi çalışacaqlar

115 min müəllim sertifikatlaşdırmaya cəlb olunub ki, onlardan uğurlu nəticə əldə edənlər tamştatlı müəllim və əməkhaqqına əlavə alan saathesabı işləyən müəllim olaraq fəaliyyətlərini davam etdirəcəklər.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil”mövzusunda keçirilən tədbirdə məlumat verib.

Nazir bildirib ki, uğursuz nəticə əldə edən müəllimlərin bir qismi köməkçi müəllim kimi fəaliyyət göstərəcək.