Gələn il akkreditasiyaya cəlb ediləcək peşə təhsili müəssisələrinin adları açıqlanıb
Növbəti ildə Azərbaycanda institusional akkreditasiyaya cəlb ediləcək peşə təhsili müəssisələrinin adları açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 2025-ci təqvim ili ərzində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Dövlət Peşə Təhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Cari ildə olduğu kimi, növbəti ildə də peşə təhsili müəssisələri səviyyəsində yalnız institusional akkreditasiyanın həyata keçirilməsi planlaşdırılır.


