Gələn il elmə 244,4 milyon manat vəsaitin ayrılacağı proqnozlaşdırılır

20 Noyabr, 2024 - 20:56

2025-ci ilin büdcə layihəsində “Elm” köməkçi bölməsi üzrə ötən illə müqayisədə 8.3 milyon manat çox (3.5% artım) olmaqla ümumilikdə 244.4 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, bu vəsaitin 81.1 milyon manatı Elm və Təhsil Nazirliyinin tabeli elmi müəssisə və təşkilatları üçün nəzərdə tutulub. Bunun da 80%-i və ya 65.3 milyon manatı əməyin ödənişi xərclərinə aiddir.