Gənc alimlər üçün fürsət: 75 min manatlıq layihələrini maliyyələşdirə bilərlər

19 Fevral, 2026 - 15:39
Gənc alimlər üçün fürsət: 75 min manatlıq layihələrini maliyyələşdirə bilərlər

Azərbaycan Elm Fondu 2026-cı il üzrə gənc alim və tədqiqatçılar üçün qrant müsabiqəsini elan edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə 35 yaşadək gənc alimlər üçün nəzərdə tutulub.

Fundamental və tətbiqi elmi-tədqiqat layihələrinə 75 000 manatadək maliyyələşmə imkanı yaradılacaq.

Son müraciət tarixi: 9 aprel 2026-cı il, saat 18:00

Çap sənədlərinin qəbulu: 10 aprel 2026-cı il, saat 17:00-dək

Layihələr yalnız e-QRANT sistemi vasitəsilə təqdim olunur.

Layihənin təqdimini son günlərə saxlamamaq tövsiyə olunur.

Ətraflı məlumat: www.aef.gov.az
info@elmfondu.az
(012) 504-27-56