Gəncə-Daşkəsən məktəblərində “Oxu dəqiqələri” təşkil edilib

22 Yanvar, 2026 - 11:25
Gəncə-Daşkəsən məktəblərində “Oxu dəqiqələri” təşkil edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində  şagirdlərdə oxu mədəniyyətinin formalaşdırılması, mütaliəyə marağın artırılması, oxuduğunu anlama və ifadəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Oxu dəqiqələri” təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Oxu dəqiqələri” çərçivəsində ümumi təhsil müəssisələrində “Canlı kitab” formatı – şagird oxuduğu kitabın qəhrəmanı rolunda çıxışı, oxunan hekayənin və ya nağılın davamının şagirdlər tərəfindən yazılması, kitab qəhrəmanları arasında dialoqların səhnələşdirilməsi, oxunan mətndən ilhamlanaraq rəsmlərin çəkilməsi və mini sərginin təşkili, “Bir cümlə – bir fikir” – hər şagird oxuduğu mətndən ən təsirli cümləni paylaşılması, kitablar üzrə viktorina və bilik yarışlarının təşkili, səssiz oxudan sonra hiss və düşüncələrin qısa yazılı ifadəsi, oxu marafonu – müəyyən vaxt ərzində oxunan səhifələrin sayının qeyd edilməsi, siniflərarası “ən fəal oxucu” nominasiyasının həyata keçirilməsi və digər fəaliyyətlər həyata keçirilib. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində “Oxu dəqiqələri” davam edir.

Gəncə-Daşkəsən məktəblərində “Oxu dəqiqələri” təşkil edilib
Gəncə-Daşkəsən məktəblərində “Oxu dəqiqələri” təşkil edilib
Gəncə-Daşkəsən məktəblərində “Oxu dəqiqələri” təşkil edilib