Gəncədə peşə təhsili ilə sənaye arasında əməkdaşlıq müzakirə olunub

29 Oktyabr, 2026 - 16:43
Gəncədə peşə təhsili ilə sənaye arasında əməkdaşlıq müzakirə olunub

Gəncədə “Regional əmək bazarı və gələcəyin bacarıqları: Peşə təhsili–sənaye tərəfdaşlığı” mövzusunda keçirilən tədbirdə dövlət qurumlarının, peşə təhsili müəssisələrinin və müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri bir araya gəliblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, əsas müzakirə mövzusu Gəncə-Qazax iqtisadi regionunda qarşıdakı 3–5 il ərzində prioritet sahələr üzrə yaranacaq kadr tələbatının müəyyənləşdirilməsi, peşə təhsili proqramlarının əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması və işəgötürənlərin kadr hazırlığında iştirakının genişləndirilməsi olub.

Tədbirin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Mərkəzinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri çıxış ediblər.

Daha sonra “Peşə təhsili və dövlət-özəl tərəfdaşlığı: Əmək bazarının öyrənilməsi, kadr ehtiyaclarının qiymətləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması” mövzusunda təqdimat keçirilib.

Təqdimatda əmək bazarının mövcud vəziyyətinin öyrənilməsi, işəgötürənlərin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və peşə təhsili üzrə hazırlıq prosesinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, peşə təhsili müəssisələri ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinin ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığı vurğulanıb.

“Dəyirmi masa” da işəgötürənlərin kadr hazırlığı prosesinə birbaşa cəlb edilməsi, dual peşə təhsilinin genişləndirilməsi və tələbələrin iş yerlərində təcrübə imkanlarının artırılması məsələləri ətrafında müzakirələr aparılıb. 

Müzakirələr zamanı sənaye, nəqliyyat, aqrar sektor, ticarət, turizm və telekommunikasiya sahələrində gözlənilən kadr ehtiyacları, yeni peşələrə və bacarıqlara tələbat, eləcə də mövcud ixtisasların müasir əmək bazarına uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub. Qısamüddətli təlimlər vasitəsilə mövcud işçi qüvvəsinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeni peşə səriştələrinin formalaşdırılması və əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşma imkanlarına diqqət yetirilib. Bu baxımdan, əmək bazarının tələblərinin mütəmadi təhlil edilməsi, müəssisələrin kadr ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi və təlim proqramlarının həmin ehtiyaclara uyğun hazırlanması vacib istiqamətlər kimi ön plana çıxıb.

Qeyd olunub ki, bu yanaşma peşə təhsili müəssisələrində verilən biliklərin real istehsalat ehtiyacları ilə uzlaşdırılmasını, tələbələrin təhsil müddətində iş mühiti ilə tanış olmasını və məzunların əmək bazarına daha hazırlıqlı daxil olmasını hədəfləyir.

Tədbirdə aparılan müzakirələr regionun gələcək kadr ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsi və peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyıb.