Gənclər arasında üzgüçülük üzrə region turniri keçiriləcək

7 Avqust, 2025 - 16:07
7 Avqust, 2025 - 16:07
 0  26
Gənclər arasında üzgüçülük üzrə region turniri keçiriləcək
Gənclər arasında üzgüçülük üzrə region turniri keçiriləcək

Avqustun 8-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gənclər arasında üzgüçülük üzrə region turniri keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, turnir 12 avqust – Beynəlxalq Gənclər Günü münasibəti ilə təşkil edilir.

Üzgüçülük turnirində iştirak etmək istəyənlər 08 avqust tarixində, saat 11:00-da yarışın keçirildiyi məkanda (Lənkəran Olimpiya İdman Kompleksində) qeydiyyatdan keçməlidirlər. Tədbirdə iştirak ödənişsizdir.