Gənclər və müəllimlər üçün yeni proqramın icrasına başlanılır
Dövlət İmtahan Mərkəzi “Gənc psixometrik” təcrübə proqramına başlayır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının məqsədi təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiqi üçün mütəxəssislər hazırlamaqdır.
"Bu proqrama gənclər və təcrübəli müəllimlər qoşula bilər. Onlara psixometriya dair təlim metodları öyrədiləcək. Onlar bu prosesə müəyyən imtahan və sınaqlardan sonra cəlb ediləcəklər”.



