Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı

20 May, 2025 - 10:08
Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli müvafiq əmrinə əsasən, müəssisənin direktoru Babayeva Taliə Akif qızının əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar ediləcək nöqsanlara görə isə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görüləcək.

Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı
Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı