Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar

22 Yanvar, 2025 - 11:02
Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar

Yanvarın 21-i saat 13:00 radələrində müxtəlif rayonların sakinləri olan və bir evdə qalan 4 tələbə qız zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə TƏBİB-dən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib.
 
Qeyd edilib ki, aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb.

Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar
Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar