Göygöldə kənd məktəbində texnologiyaya dair maarifləndirici dərs keçirilib

16 Yanvar, 2026 - 15:04
Göygöldə kənd məktəbində texnologiyaya dair maarifləndirici dərs keçirilib

"Texnologiya" fənn aylığı çərçivəsində Göygöl rayon Tülallar kənd ümumi orta ümumtəhsil məktəbində “Alətləri tanıyaq” mövzusunda maarifləndirici dərs təşkil olunub.

Məktəbdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, dərsin əsas məqsədi şagirdlərə müxtəlif əmək alətləri haqqında ətraflı məlumat vermək, onların təyinatını izah etmək və praktik bacarıqlarını inkişaf etdirməkdir.

Dərs zamanı şagirdlər alətlərin gündəlik həyatda və istehsalatda istifadəsi, təhlükəsizlik qaydaları, həmçinin düzgün və səmərəli istifadə üsulları ilə tanış olub, mövzu ətrafında fəal müzakirələr aparıblar.

Bu cür dərslər şagirdlərin texniki düşüncə tərzinin formalaşmasına, əmək vərdişlərinin inkişafına və texnologiya fənninə maraqlarının artmasına mühüm töhfə verir.