Göytəpə məktəbliləri Hüseyn Cavidin “Ana” pyesini ev muzeyində səhnələşdirdilər

19 Dekabr, 2025 - 11:08
Göytəpə məktəbliləri Hüseyn Cavidin “Ana” pyesini ev muzeyində səhnələşdirdilər

Hüseyn Cavidin Ev Muzeyində “Cavid yaradıcılığının tədrisi məsələləri” mövzusunda keçirilən elmi seminar çərçivəsində Cəlilabad rayon Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X və XI sinif şagirdlərinin iştirakı ilə ədəbi-maarifləndirici tədbir təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, muzeyin direktor vəzifəsini müvəqqəti icra edən, filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova açaraq Hüseyn Cavid irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb, bu cür görüşlərin məktəb-muzey əməkdaşlığının inkişafında mühüm rol oynadığını bildirib.

Daha sonra muzeyin əməkdaşı Nuranə Nərimanova çıxış edərək muzeylərin təhsildə rolu, klassik ədəbiyyatın tədrisində canlı təmasın əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Hüseyn Cavid yaradıcılığının gənclərin dünyagörüşünün formalaşmasında xüsusi yer tutduğunu və bu istiqamətdə keçirilən tədbirlərin şagirdlərin estetik və mənəvi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Tədbirin əsas hissəsində Göytəpə şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən Hüseyn Cavidin “Ana” pyesi səhnələşdirilib. Şagirdlərin yüksək səhnə mədəniyyəti, obrazları dərindən mənimsəməsi və emosional ifa tərzi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Səhnə nümunəsi şagirdlərin klassik ədəbiyyata yaradıcı yanaşmasını və bədii düşüncə bacarıqlarını nümayiş etdirib.

Tədbirin sonunda muzeyin əməkdaşı Cəmilə Rzayeva çıxış edərək şagirdlərin fəallığını və məsuliyyətini yüksək qiymətləndirib, onlara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Şagirdlər “Təşəkkürnamə” ilə təltif olunub, həmçinin Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiya zalları ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu cür tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlı, klassik irsimizi dərk edən və yaradıcı düşüncəyə malik şəxsiyyətlər kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır.