Güclü geomaqnit qasırğası gözlənilir

18 Mart, 2026 - 10:26
Güclü geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin müsbət qütblü tac dəliyi axınlarının zəifləyən təsiri altında ara-sıra qeyri-stabil səviyyədə olacağı, 19 martda isə tac kütlə atılmalarının (TKA) Yerə çatması ilə G2-G3 (orta-güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə "Azərbaycan müəllimi"nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 17-23 mart tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin də gözlənilən TKA ilə bağlı S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-30%, orta  geomaqnit enliklərdə isə 25-1%-dir.