Hacıqabulun yeniyetmə şahmatçısından beynəlxalq uğur
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 19–26 oktyabr 2026-cı il tarixlərində Şirvan şəhər Olimpiya Kompleksində keçirilən “Shirvan Open 2026” beynəlxalq şahmat festivalı yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda Hacıqabul Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi,
Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Gözəl Sərdar 12 yaşlı oğlanlar arasında I yerə layiq görülüb.O, qazandığı uğura görə medal, diplom və qiymətli hədiyyə ilə təltif olunub.




