Harvard Universitetində türk xalqlarının mədəni irsi tanıdılıb

27 Aprel, 2026 - 10:53
Harvard Universitetində türk xalqlarının mədəni irsi tanıdılıb

Harvard Universitetində türk xalqlarının mədəni irsinin tanıdılması məqsədilə beynəlxalq tədbir keçirilib. 

“Azərbaycan müəllimi” Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, “Harvard Azərbaycanlı Tələbə Cəmiyyəti”nin (“Harvard Undergraduate Azerbaijani Society - HUAS”) və bu universitetdə təhsil alan türklərin birgə təşkilatçılığı ilə baş tutan tədbirə 150-dən çox universitetdən tələbələr qatılıb.

HUAS-in təsisçiləri, Harvard Universitetinin 2-ci kurs tələbələri Ayla Əliyeva və Qəndab Məmmədovanın hazırladığı Azərbaycan guşəsinə xüsusi maraq göstərilib. Guşəyə yaxınlaşan ziyarətçilərə xalqımızın çoxəsrlik tarixi, zəngin mədəni irsi, adət-ənənələri və milli mətbəxi ilə bağlı geniş məlumat verilib. Təqdim edilən milli yeməklərimiz böyük maraqla qarşılanıb, onların hazırlanma qaydaları barədə çoxsaylı suallar ünvanlanıb. Eyni zamanda, milli naxışlarla bəzədilən geyimlər, qədim tariximizlə bağlı suvenirlər və müxtəlif kitablar ölkəmizin zənginliyini bir daha nümayiş etdirib.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə azərbaycanlı tələbələrin “Biz mehriban ailəyik” mahnısını səsləndirməsi olub. Bu ifa vasitəsilə onlar digər türk xalqlarının nümayəndələri ilə həmrəy olduqlarını, ümumtürk mədəni birliyə sadiqliklərini göstəriblər.
Azərbaycan diasporunun gənc nümayəndələrinin fəal iştirakı ilə keçirilən tədbir ölkəmizin mədəniyyətinin tanıdılması, eləcə də xalqlar arasında mədəni dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından yüksək qiymətləndirilib.